26/06/2019 17:08

İxtisas hazırlığı kurslarını bitirmiş gənc əsgərlər xidmət yerlərinə yola salınıb – VİDEO

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri kursu başa vurmaları münasibəti ilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması və hərbi hissələrə qəbulunun yüksək səviyyədə keçirilməsi əsgər adına verilən qiymətin göstəricisidir.

Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.