16/02/2017 15:12

“Jaguar” döyüş təyyarələri modernləşdirildi

Hindustan Aeronautics Limited (HAL) şirkəti Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Jaguar” döyüş təyyarələrinin modernləşdirilməsini həyata keçirib.

“AzeriDefence”nin məlumatına görə, uzun burunlu “Jaguar” təyyarəsi fevralın 14-18-i tarixlərində Hindistanın Banqalor şəhərində keçirilən “Aero India – 2017” sərgisində nümayiş olunub.

Məlumatda o da qeyd olunub ki, SEPECAT “Jaguar” döyüş təyyarəsi Fransa və Böyük Britaniyanın birgə istehsalıdır.

DARIN III proqramı çərçivəsində modernizasiya olunan “Jaguar” döyüş təyyarəsi yeni avtomatik pilot sistemi, yeni video yaddaş sisyemi, yeni avionika sistemləri ilə təchiz olunub.

Yeni kompleksdə Rusiya istehsalı olan Qlobal Naviqasiya Peyk Sistemi – GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur.

Yenilənmə proqramı çərçivəsində “Jaguar” döyüş təyyarəsinə Böyük Britaniya istehsalı olan AIM-132 ASRAAM raketlərinin inteqrasiyası planlaşdırılıb.