24/07/2018 11:18

Janes: MSN “Aeronautics”lə birlikdə “Pegasus 120” PUA-nı istehsal edəcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) İsrailin “Aeronautics” şirkəti ilə birlikdə “Pegasus 120” multikopter tipli pilotsuz uçuş aparatlarının istehsalına başlamağa hazırlaşır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə nüfuzlu “Janes” nəşri məlumat yayıb.

“Janes”in İsrail bürosunun xəbərinə görə, iyulu 11-də MSN və “Aeronautics Defense Systems” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumunda yeni PUA-nın istehalı nəzərdə tutulur.

“Pegasus 120” PUA-nın ağırlığı 75 kiloqramdır. PUA müxtəlif növ faydalı yüklərlə dəstləşdirilə bilir. Eyni zamanda, yeni konfiqurasiyada yüklərin daşınması kimi imkanlar əlavə edilib.