13/03/2017 21:38

JF-17 təyyarələrinə idarəetmə dəstli bombalar inteqrasiya edilir

Pakistanın JF-17 “Thunder” döyüş təyyarəsinə idarə olunan “hava-yer” sursatların inteqrasiyası həyata keçiriləcək.

Bu barədə “AzeriDefence” “Quwa” hərbi portalına istinadən məlumat verib.

Portalın məlumatına görə, söhbət Pakistanın GİDS şirkəti tərəfindən yaradılmış REK (Range Extension Kit) dəsti taxılan sursatların təyyarəyə inteqrasiyasından gedir.

Mk-80 seriyalı aviasiya bombalarına taxılan REK özünün GPS və İNS naviqasiyası ilə bombaya yüksək dəqiqlik qazandırır. Dəstə əlavə olaraq aerodinamik nəzarət mexanizmi və quyruq sükanları daxildir. GİDS şirkətinin məlumatına görə REK-in taxıldığı aviabombaların 50-60 km məsafədə hədəfdən sapması maksimum 20 metr təşkil edir.

Qeyd edək ki, JF-17 təyyarələri həmçinin ASELSAN istehsalı olan ASELPOD elektro-optik müşahidə və hədəfləmə kompleksi ilə də təchiz olunacaq.

REK (Range Extension Kit)