29/03/2018 11:02

JF-17 təyyarəsinə Çin istehsalı ola AESA radarı

Pakistanın PAC (Pakistan Aeronautical Complex) və Çinin “Çenqdu” (Chengdu Aircraft Industry Corporation) şirkətlərinin birgə istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələri Çin istehsalı olan AESA radarı ilə təchiz ediləcək.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi məlumata görə, Nanjing Elektron Texnologiyaları Tədqiqat İnstitutunun (Nanjing Research Institute of Electronics TechnologyNRİET) hazırladığı KLJ-7A AESA radarı, Pakistan Hava Qüvvələrinin istifadəsində olan JF-17-lərə inteqrasiya ediləcək.

Radar eyni anda birdən çox hədəfi təqibetmə və bağlantı qurmaq qabiliyyətinə malikdir. AESA radarının JF-17 “Thunder” döyüş təyyarələri inteqrasiya edilməsi, təyyarələrin satışının artmasına səbəb ola bilər.

Qeyd edək ki, Rusiya istehsalı olan RD-93 mühərriklə təchiz olunan JF-17 “Thunder” təyyarələrinin uçuş mənzili 1200 kilometrdir.