28/04/2017 15:01

JF-17B təlim-döyüş təyyarəsinin test uçuşları başlayıb

JF-17 döyüş təyyarəsinin iki yerli versiyası olan JF-17B təlim-döyüş prototipi ilk test uçuşunu həyata keçirib.

Bu barədə “AzeriDefence” Çin medisına istinadən məlumat verib.

Aprelin 27-də Çinin Cənub-Qərbində, Sıçuan əyalətində JF-17/B “Thunder” (Blok III) təyyarəsinin keçirilən test uçuşları uğurla nəticələnib.

Təyyarə havada təxminən 26 dəqiqə uçuş edib.

Çin və Pakistanın ortaq istehsal etdiyi JF-17B ixrac müştərilərin döyüş qabiliyyətinə malik təlim təyyarəsinə olan ehtiyacını qarşılamaq məqsədi ilə hazırlanıb.

JF-17 Blok III variantı Nanjinq Elektron Texnologiyalar Araşdırmaları İnstitutu (Nanjing Research Institute of Electronic Technologies’ (NRIET)) tərəfindən yaradılmış AESA radarı ilə təchiz olunacaq.

Təyyarənin tək yerli versiyasından daha bir fərqi isə, JF-17B-nin əlavə yanacaq çəninə sahib olmasıdır.

Məlumatda o da qeyd olunub ki, hazırda 3 ədəd təyyarənin istesalına başlanılıb. Bu təyyarələrin 2-si yaxın zamanda Pakistan Hərbi Hava Qüvvələrinin istismarına veriləcək. Təyyarənin uzunluğu 14.5 metr, hündürlüyü 4.6 metr, qanadları arasında olan məsafə 9.5 metrdir.