25/10/2012 13:09

Ka-52 helikopteri üçün unikal elektro-optik nişangah hazırlanıb

Ka-52 döyüş helikopteri üçün unikal elektro-optik nişangah kompleksinin dövlət sınaqları başa çatıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İnterpolitex sərgisində jurnalistlərə Optik sistemlər və texnologiyalar konserninin baş direktoru Sergey Maksin bildirib.

Yeni elektro-optik nişangah barədə detallı məlumat verməyən şirkət rəhbəri hazırda döyüş təyyarələri üçün yeni elektro-optik sistemin yaradılması üzərində işlədiklərini vurğulayıb.