13/07/2018 20:46

“Kaan” OTRK-lərin Türkiyə Silahlı Qüvvələrinə çatdırılması həyata keçirilir – VİDEO

ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Kaan” (“Bora”) operativ-taktiki raket komplekslərinin (OTRK) Türkiyə Silahlı Qüvvələrinə çatdırılması həyata keçirilir.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Sənaye Komitəsi (SSB) məlumat yayıb.

Komitənin sosial media hesabında çatdırılmaların davam etdiyi bildirilib və atış videosu yayımlanıb.

“Kaan” operativ-taktiki raket kompleksinin atış uzaqlığı 280 km, kalibri 610 mm, çəkisi 2500 kiloqramdır. Qatı yanacaqla çalışan raketin döyüş başlığı 470 kq təşkil edir. Raket hədəfə GPS və İNS naviqasiyası ilə yönəlir. Raketin hədəfdən yayınması 30 metrədəkdir.