04/05/2012 05:37

KADEX-2012 beynəlxalq müdafiə sərgisi başlayıb – FOTO

Qazaxıstanın paytaxtı Astana şəhərində KADEX-2012 ikinci beynəlxalq müdafiə sərgisi işə başlayıb.“AzeriDefence”nin sərginin təşkilat komitəsindən əldə etdiyi məlumata görə, mayın 6-dək davam edəcək sərgidə 20-dən çox ölkədən 250 şirkət öz məhsullarını nümayiş etdirir. Sərginin ekspozisiyası 2010-cu illə müqayisədə 30% böyüyüb.

Sərgidə T-72, T-72B tankları, BMP-2 piyadaların döyüş maşını, “Cobra”, “Tiqr” və “Hammer”, modernləşdirilmiş KAMAZ maşınları, aviasiya texnikalarından Su-27UBM, MiG-31 döyüş təyyarələri, Mi-17V5 və EC-145 helikopterləri nümayiş olunur.

Sərgi aşağıdakı əsas bölmələrdən ibarətdir:
• Silahlalar və Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrləri üçün hərbi texnikalar;
• Aviasiya vasitələri, aviasiya silah sistemləri və Hava Hücumundan Müdafiə vasitələri;
• Xüsusi təyinatlı vasitələr;
• IT-texnologiyalar, sistemlər və rabitə vasitələri;
• Qoşunların texniki təminatı;

KADEX-2012 sərgisində Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin nümayəndə heyətləri ziyarətçi qismində iştirak edirlər.

Fotolar Qazaxıstanın “İnfo Tses” saytından götürülüb.