25/04/2012 10:01

KADEX-2012 sərgisində 21 dövlətdən 231 şirkət iştirak edəcək

May ayının 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2012 beynəlxalq müdafiə sərgisində 21 dövlətdən 231 şirkət iştirakını təsdiqləyib. Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat yayıb.

Sərgiyə ən geniş qatılım 5 ölkədən olacaq. Belə ki, Qazaxıstan KADEX-2012 sərgisində 76, Rusiya 62, Türkiyə 17, Belarus 15, Fransa 13 şirkətlə təmsil olunacaq.