12/02/2014 11:59

KADEX-2014 sərgisində iştirak edəcək jurnalistlərin qeydiyyatına başlanıb

May ayının 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2014 hərbi-texniki əmlak sərgisinin işıqlandırılması üçün jurnalistlərin rəsmi qeydiyyatı başlanıb. Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Müdafiə Nazirliyindən məlumat verilib.

KADEX-2014 hərbi-texniki əmlak sərgisi müdafiə sənayesi və mütəxəssislərin fikir mübadiləsi sahəsində son nailiyyətlərin nümayişi üçün Mərkəzi Asiya regionunda ən böyük müdafiə platformasıdır.

KADEX-2014 sərgisi beş istiqaməti əhatə edir:

• Silahlanma, Quru Qoşunların və Hərbi Dəniz Qüvvələrinin hərbi texnikası;
• Aviasiya və aviasiya silahlanması, Hava Hücumundan Müdafiə sistem və vasitələri;
• Avadanlıqlar və xüsusi təyinatlı əmlak;
• IT-texnologiyalar, sistemlər və rabitəə vasitələri;
• Qoşunların arxa və texniki təminatı;

KADEX-2014 sərgisinin zəngin işgüzar və nümayiş proqramı xarici və yerli istehsalçıların innovasiyaları ilə tanış olmağa imkan verəcək.
İşgüzar proqram çərçivəsində Beynəlxalq hərbi elmi-texniki konfrans və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyası yanında Məsləhət Şurasının, həmçinin KTMT üzv dövlətlərin reklam-sərgi fəaliyyətləri üzrə səlahiyyətli orqanlarının Koordinasiya Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Sərgi çərçivəsində hərbi nəfəsli orkestrlərin II beynəlxalq festivalı və müxtəlif ölkələrin hərbi orkestrlərinin tattoo showu (keçidi) olacaq.
Jurnalistlər akkreditasiyaya üçün 14 may 2014-cü il tarixinədək Qazaxıstan Müdafiə Nazirliyinin www.mod.gov.kz saytından sifariş blankını dolduraraq [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, KADEX-2014 sərgisində Azərbaycandan ziyarətçi qismində müxtəlif dövlət təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Sərgidə Azərbaycanı AZERİ DEFENCE jurnalı iştirakçı qismində təmsil edəcək.

Sərginin saytı: www.kadex.kz