02/06/2016 17:18

KADEX-2016: Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirak edir.

“AzeriDefence”nin məlumatına görə, nazir müavini bu gün Qazaxıstan müdafiə nazirinin müavini Nurlan Saurunbayevlə görüşüb.

T.Rəfiyev Qazaxıstan Müdafiə Nazirliyinin rəsmilərinə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin imkan və potensialı, ölkə müəssisələrində istehsal edilən məhsullar barədə təqdimat edib.

Qazaxıstan müdafiə nazirinin müavini ölkəsinin Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu ifadə edib.

Görüşdə müdafiə sənayesi sektorunda Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

_MRS3552

_MRS3575

_MRS3587