05/06/2016 16:32

KADEX-2016: NPO “Avia” Mi-8MTV simulyatorunda Bakı uçuşunu imitasiya edir – FOTO-VİDEO

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2016 sərgisində Ukraynanın NPO “Avia” şirkəti Mi-8MTV helikopterlərinin uçuş simulyatorunu təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, müəssisənin sərgiyə çıxardığı simulyatorda müxtəlif ölkələrdən olan pilotlar təlim uçuşlarını yerinə yetiriblər.

Şirkət rəhbərliyinin sözlərinə görə, 2 il əvvəl Azərbaycana da bir ədəd Mi-8MTV simulyatorunun satışı gerçəkləşdirilib. Hazırda həmin simulyator Azərbaycan Milli Aviasiya Akademiyasında istifadədir.

Azərbaycan Milli Avkasiya Akademiyası ilə gözəl əməkdaşlığın olduğunu deyən şirkət rəhbərliyi bildirib ki, simulyatorda istifadəçinin rəyi ilə yenilənmələr aparılır. Hətta simulyatorda Bakı səmasında uçuş üçün xüsusi görüntü proqramı yazılıb.

“Azeri Defence”nin əməkdaşları da Mi-8 helikopterinin simulyatorunda Bakı səması üzərində virtual uçuş ediblər.

mi-8 (2)

mi-8 (1)

sim