02/06/2016 16:53

KADEX-2016: Qazaxıstan “Arlan” və “Barıs” zirehli maşınlarının təqdimatını keçirib – FOTO

Qazaxıstanın paytaxtı Astanada KADEX-2016 müdafiə texnologiyaları sərgisi keçirilir.

“AzeriDefence”nin məlumatına görə, sərgidə ilk dəfə olaraq “Kazakhstan Paramount Engineering”in Astanadakı müəssisəsində Cənubi Afrika Respublikasının “Paramount Group” şirkətinin “Marauder” zirehli maşınının bazasında istehsal olunan “Arlan” və həmin şirkətin “Mbombe” piyada döyüş maşının bazasında hazırlanan “Barıs”ın təqdimatı keçirilib.

Hər iki maşın çoxməqsədli fəaliyyət üçün nəzərdə tutulub.

“Arlan”ın üzərində Türkiyənin ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu (12,7 mm çaplı pulemyotla silahlandırılmış), həmin şirkətin istehsalı olan və üzərində 4 ədəd “İqla” ZRK yerləşdirilmiş hava hücumundan müdafiə kompleksi, habelə ASELSAN-ın “Acar” müşahidə radarı və optik müşahidə sistemləri komplektləşdirilmiş kəşfiyyat maşın modifikasiyaları sərgilənib.

“Barıs” isə UVZ müəssisəsi tərəfindən hazırlanmış 57 mm çaplı AU-220M avtomat topuyla silahlandırılıb.

_MRS3747

20160601_144834

20160601_150652