03/06/2016 21:55

KADEX-2016: Qazaxıstan HDQ gəmi inşası üçün DEARSAN-la anlaşdı

Astanada keçirilən KADEX-2016 sərgisi çərçivəsində Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə Türkiyənin DEARSAN şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Qazaxıstan Müdafiə Nazirliyindən “AzeriDefence”yə verilən məlumata görə, memoranduma əsasən DEARSAN Qazaxıstan HDQ-nə çoxməqsədli hərbi gəmilərin bu ölkədə inşasına dair təkliflər paketini təqdim edəcək.

Memorandumun imzalanmasında DEARSAN şirkətinin İdarə Heyətinin sədri Əziz Yıldırım və Qazaxıstan HDQ-nin komandanı, vitse-admiral Jandarbek Janzakov iştirak ediblər.

Qeyd edək ki, bu günə qədər DEARSAN tərəfindən Xəzəryanı ölkələrdən Türkmənistan üçün 10 ədəd 56 metrlik Yeni Tip Gözətçi gəmisi, 20 ədədə müxtəlif ölçülü və təyinatlı kater inşa edilib. Ötən ilin əvvəlindın başlayaraq DEARSAN Türkmənistan HDQ üçün 33 metrlik yüksək sürətli hücum katerlərinin inşasını həyata keçirir.