02/06/2016 17:23

KADEX-2016: ROKETSAN yüksək dəqiqlikli raketlər üzərində işləyir

Türkiyənin ROKETSAN şirkəti 122 mm çaplı reaktiv raketlərin yüksək dəqliklə vurma qabiliyyətinə malik yeni nümunələrinin yaradılması üzərində işləyir.

Bu barədə “AzeriDefence”yə KADEX-2016 sərgisində təmsil olunan ROKETSAN şirkətindən məlumat verilib.

Hazırda T-122 Sakarya” reaktiv yaylım atəş sistemlərindən atılan raketlərin dəqiqliyinin artırılması istiqamətində işlərin davam etdyini deyən ROKETSAN yetkililərinin sözlərinə görə, yeni raket hədəfi yüksək dəqiqliklə məhv etməyə, bununla da sursat sərfiyyatını azaltmağa imkan verəcək. Bunun üçün raketlər GPS və İNS navqasiyası ilə təchiz olunub.

Bundan əvvəl ROKETSAN şirkəti 300 mm çaplı raketlərin eyni versiyasını hazırlayıb.