03/06/2016 22:11

KADEX-2016: SARP döyüş modulu ilə silahlandırılmış “Arlan” maşınının ilk partiyasının sınaqları yekunlaşıb

Qazaxıstanın “Arlan” (“Marauder”) maşınlarının ASELSAN istehsalı olan SARP döyüş modulu ilə komplektləşdirilmiş ilk partiyasının sınaqları yekunlaşmaq üzərədir.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Paramount Engineering” şirkətindən məlumat verilib.

Yaxın zamanlarda 6 maşından ibarət “Arlan”ın ilk partiyası sifarişçiyə təhvil veriləcək.

Paralel olaraq ASELSAN istehsalı olan elektro-optik sistemlər və “Acar” yerüstü müşahidə radarı ilə komplektləşdirilmiş “Arlan”ların testlərinə başlanıb. Bu maşınlar Qazaxıstanın sərhəd mühafizəsi və ordu bölmələri üçün nəzərdə tutulur.