19/05/2016 16:50

KADEX-2016: Türkiyə 19 təşkilatla təmsil olunacaq

Qazaxstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2016 dördüncü beynəlxalq müdafiə sərgisində Türkiyə müdafiə sənayesini 19 təşkilat təmsil edəcək.

KADEX-2016 sərgisinin Təşkilat Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə Türkiyəni başda Müdafiə Sənayesi Katibliyi (SSM) və Müdafiə Sənayesi İxracatçıları Birliyi (TDA/SSİ) başda olmaqla MÜSİAD, ASELSAN, ROKETSAN, HAVELSAN, TUSAŞ, STM, Milsoft, BMC, Simsoft, Spekon, İŞBİR, Yonca-Onuk, DEARSAN, MKEK, Öztiryakilər, Öztek və Hacettepe Ileri Boya şirkətləri təmsil edəcəklər.

Qeyd edək ki, iyunun 2-dən 5-ə kimi Astanada keçiriləcək sərgidə dünyanın 300-dən artıq istehsalat şirkətinin iştirakı gözlənilir.

Sərginin keçirilməsi üçün 15 min kvadrat metrlik ərazi ayırılıb. Burada şirkətlərə məhsullarını təqdim etmək və digər tədbirlərin həyata keçirilməsi üçün 8 qapalı və bir neçə açıq pavilionlar yaradılıb.

Sərgidə media qismində dünyanın müxtəlif ölkələrindən 15 KİV nümayəndəsi təmsil olunacaq. KADEX-2016 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edir.

Sərgi aşağıdakı tematik bölmələrdən ibarətdir:

  • Aviasiya texnikası, PUA və kosmik texnologiyalar
  • Quru qoşunlar və hərbi dəniz qüvvələri üçün texniki qurğular
  • HHM sistemi vasitələri
  • Qoşunların texniki təminat və təchizatı
  • İT texnologiyaları, rabitə sistemləri və vasitələri
  • Hərbi sferada texniki işlər
  • Hərbi sahədə alternativ enerji mənbələri