23/05/2018 17:22

KADEX-2018: ASELSAN innovativ texnologiyalarını nümayiş etdirir – FOTO

Türkiyənin ASELSAN şirkəti innovativ texnologiyalarını Qazaxıstanın paytaxtı Astanada keçirilən KADEX-2018 müdafiə sərgisində nümayiş etdirir.

ASELSAN-dan “AzeriDefence”yə verilən məlumata görə, şirkət sərgidə stabilləşdirilmiş silah sistemləri, elektro-optik sistemləri, hərbi və peşəkar rabitə sistemləri, elektron hərb – radar sistemləri, insansız sistemlər və kabinə sistemlərini nümayiş etdirir.

ASELSAN Qazaxıstanda davam etdirdiyi layihələrini, “Kazakistan ASELSAN Engineering” (KAE) yol xəritəsində yer alan məsələlərini tanıdmaqla yanaşı zəngin məhsul portfelini də nümayiş etdirir.

Bildirilib ki, ASELSAN sərgi müddətində region ölkələrində və Uzaq Şərq bölgəsində təqib edilən proqramlar çərçivəsində rəsmilərlə görüşlər keçirəcək. ASELSAN yüksək səviyyəli rəhbərlərinin yer alacağı KADEX-2018 sərgisində

Qeyd edək ki, Türkiyənin ASELSAN və Qazaxıstanın “Kazakhstan Engineering” firmalarının birgə şirkəti olan “Kazakistan ASELSAN Engineering” zavodunda silahlar üçün gecə görmə sistemləri (gözlük, durbin), gündüz görmə sistemləri, optik nişangahlar, termal kameralar istehsal olunur.

KAE-də Kazakistan Engineering 50%, ASELSAN 49% və Türkiyə Müdafiə Sənayesi Katibliyi 1% paya malikdir. Birgə müəssisə 2011-ci ilin fevralında təsis edilib.