26/05/2018 20:01

KADEX-2018: Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 – V beynəlxalq silah və hərbi-texniki əmlak sərgisində iştirak edən Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın Müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulovla görüşüb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə iki ölkə  müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir müabdiləsi aparılıb.

Qazaxıstan tərəfi Azərbaycanın bu sahədə təcrübəsini öyrənməyə maraqlı olduğunu qeyd edib. Tərəflər arasında əməkdaşlığın gələcəkdə davam etdirilməsi barədə razılıq əldə edilib.