23/05/2018 14:52

KADEX-2018: Belarus yeni texnologiyalarını sərgiləyir

Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada keçirilən KADEX-2018 müdafiə sərgisində iştirak edir.

Dövlət Hərbi-Sənaye Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə Belarus nümayəndə heyəti Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin rəhbərliyi, həmçinin bir sıra xarici dövlətlərin müdafiə sənayesi qurumlarının nümayəndə heyətlərinin başçıları və sərgini təşkil edən şirkətin nümayəndələri ilə işgüzar görüşlər və danışıqlar keçirməyi planlaşdırır.

Sərgidə Belarusu “Beltexekspoort” QSC, “Radar” KB – “Radiolokasiya sistemləri” şirkəti, “Aqat” – “Elektromexanik zavodu”, “558-ci Aviasiya təmir zavodu” TSNİP, NTTS, Pelenq, “BelOMO”, Belarus Elemlər Akademiyasının Çoxfunksiyalı pilotsuz komplekslər” müəssisəsi və digər müəssisələr təmsil edirlər.

Dövlət Hərbi-Sənaye Komitəsi rəhbərliyi altında müəssisələr ən yeni müdafiə texnologiyalarını, radiolokasiya vasitələrini, yerli istehsal olan pilotsuz uçuş aparatlarını (PUA), yerüstü və hava müdafiəsi sahəsində radiolokasiya və radioelektron mübarizə vasitələri, həmçinin pilotsuz uçucu aparatları əleyhinə silah sistemi və radio elektron mübarizə həlləri, mobil əlaqə vasitələrinin hazırlaması və aviasiya texnikasının müasirləşdirməsi üzrə milli layihələri, habelə müasir optik və optik-elektron cihazqayırma sahəsində qabaqcıl hazırlamaları təqdim edirlər.

“558-ci Aviasiya təmir zavodu” stendində düşmənin HHM sistemlərini aldadılması üçün nəzərdə tutulmuş “Kondor” pilotsuz uçucu aparatı, şaquli enib-qalxan “Şerşen” adlı PUA, “Berkut-1” və “Berkut-2” PUA-ları sərgiləyir. Müəssisə həmçinin ARTZ “Satelit-M2” radiotexniki müdafiə sistemi, aviasiya komponentlərinin nümunələri və müasirləşdirilmiş Su-25 təyyarəsinin kabinəsinin maketini nümayiş etdirir.

Əvvəlki illərdə olduğu kimi Belarus hərbi sənaye kompleksi bu il də KADEX-2018 sərgisində geniş miqyasda təmsil olunur. Bildirilib ki, Belarus hərbi sənaye kompleksinin KADEX-2018 sərgisində iştirakı Belarus və Qazaxıstan Respublikalarının hərbi-texniki əməkdaşlığının mühüm göstəricisidir və ümumilikdə iki ölkənin strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə kömək edir.

Qeyd olunub ki, bundan başqa, sərgidə iştirak etmək silah və hərbi texnikanın hazırlanmasında tətbiq olunan dünya praktikasını öyrənmək, müdafiə sənayesi sahəsində Belarusun aparıcı təşkilatlarının elmi-innovasiya potensialını göstərmək, ölkələrarası və beynəlxalq istehsal kooperasiyasının inkişafına kömək etmək, həmçinin tərəfdaş dairəni genişləndirmək üçün gözəl imkandır.