22/05/2018 17:23

KADEX-2018: Belarusun “558-ci Aviasiya təmir zavodu” məhsullarını sərgiləyir

Belarusun “558-ci Aviasiya təmir zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində iştirak edir.

Bu barədə “AzeriDefence”yə “558-ci Aviasiya təmir zavodu” ASC-dən məlumat verilib.

“558-ci Aviasiya təmir zavodu” stendində düşmənin HHM sistemlərini aldadılması üçün nəzərdə tutulmuş “Kondor” pilotsuz uçucu aparatı (PUA), şaquli enib-qalxan “Şerşen” adlı PUA, “Berkut-1” və “Berkut-2” PUA-ları sərgiləyir. Müəssisə həmçinin ARTZ “Satelit-M2” radiotexniki müdafiə sistemi, aviasiya komponentlərinin nümunələri və müasirləşdirilmiş Su-25 təyyarəsinin kabinəsinin maketini nümayiş etdirir.