22/05/2018 16:52

KADEX-2018: KAE MT-LB bazasında “İqla-1” maşınüstü atıcı sistemini nümayiş etdirir

Kazakhstan ASELSAN Engineering (KAE) şirkəti tərəfindən hazırlanmış “İqla-1” maşınüstü atıcı sistemini Astana şəhərində keçirilən KADEX-2018 sərgisində nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, MT-LB yüngül zirehli yedək maşının üzərində yerləşdirilmiş “İqla-1” zenit raketlərinin atışcı sisteminin sınaqları 2017-ci ilin ortalarında tamamlanıb.

Kompleks hərəkət halında olan qoşun hissələrinin, hərbi bazaların və digər obyektlərin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulur.

“İqla” zenit raketi buraxıcı sisteminin döyüş modulu müxtəlif tırtıllı və təkərli texnikalar üzərinə qurula bilir. “İqla-1” raket buraxıcı sistem isə gecə və pis hava şəraitlərində hədəflərin aşkarlanması, izlənilməsi və analizinə imkan verən kompüterləşdirilmiş atış-nəzarət funksiyasına sahibdir. Kompleksin üzərində atışa hazır 4 ədəd “İqla” raketi yer alır. Sistem maşın hərəkət halında olduqda belə atəş açmağı bacarır.

Bu il sistemin ilk sifarişinin yerləşdirilməsi nəzərdə tutulur.