22/05/2018 13:37

KADEX-2018: “Otokar” üç zirehli maşınını KADEX-2018 sərgisində nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində “Arma 8×8”, “Cobra II” və “Ural” zirehli maşınlarını nümayiş etdirir.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, Türkiyə müdafiə sənayesini dünyada uğurla təmsil edən “Otokar” 4-cü dəfədir Qazaxıstanda keçirilən KADEX sərgisində iştirak edir.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, bu günün və gələcəyin təhdidlərinə qarşı hazırlanan və istehsal olunan 30 mindən artıq hərbi maşınların Qazaxıstan ordusu da daxil 5 qitədə 50-dən artıq istifadəçinin invertarında aktiv olaraq xidmət göstərir: “KADEX sərgisi çərçivəsində Qazaxıstanla olan güclü iş birliyimizi daha da genişləndirməyi planlaşdırırıq. Digər tərəfdən sərgi müddətində fərqli iş birliyi fürsətləri də dəyərləndiriləcək”.

Sərdar Görgüc qeyd edib ki, “Otokar” texnologiya üstünlü, mühəndislik gücü, dizayn qabiliyyəti və hərbi maşınlar sahəsindəki 30 ildən artıq təcrübəsi sayəsində dünya müdafiə sənayesi sektorundakı yerini gücləndirməyə davam edir: “ Müdafiə sənayesidə quru qoşunların bütün ehtiyaclarını qarşılaya biləcək geniş məhsul çeşidimiz ilə müasir ordulara fərqli konfiqurasiyalarda platformalar təqdim edə bilirik. Qazaxıstan kimi dost və müttəfiq ölkələrdə ortaq istehsal, texnologiya transferi kimi iş birliklərinə hər zaman hazırıq”.

“Arma 8×8″

Nəqliyyat vasitələrini 30-dan çox ölkəyə ixrac edən “Otokar” şirkətinin sərgidə təqdim olunan “Arma” 8×8 təkər formuluna malik transportyoru üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü ballistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşın orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Həmçinin “Arma 8×8″ transportyoru tank əleyhinə və orta yüksəklikdə uçan obyektlər əleyhinə raketlər ilə təchiz oluna bilir. “Arma 8×8” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma”nın fərqli konfiqurasiyaları mövcuddur. Maşın 7.62 mm-dən 105 mm-ə qədər müxtəlif çaplı silah sistemləri ilə təchiz oluna bilir.

“Cobra II”

“Otakar” şirkətinin sərgidə nümayiş etdirdiyi “Cobra II” zirehli maşınları yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyətinə sahibdir. 2013-cü ildə “Otokar” şirkəti məhsulları sırasına daxil olan “Cobra II” zirehli maşınları daşıma səviyyəsi və yığcam platforması ilə seçilir. 4×4 təkər formuluna sahib “Cobra II” maşınları mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir. 9 nəfər daşıma qabiliyyəti olan zirehli maşını ən çətin iqlim şəraitlərində belə yüksək manevr etmə bacarıqlıdır. Fərqli konfiqurasiyaları mövcud olan “Cobra II”  hazırdaTürkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarında fəal istifadəsi ilə yanaşı xaricə də ixrac edilir.

“Ural” pikap

“Otokar” şirkəti KADEX-2018-də “Ural” zirehli avtomobilinin pikap versiyasını sərgiləyir. Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının invertarında və xaricdə uğurla istifadə olunan “Ural”ın zirehli yük daşıyıcı maşını təhlükəli və riskli bölgələrdə yerləşən bölmələrə yanacaq, qida və suyun nəqli üçün işlənib hazırlanıb. Maşının zirehli kabinəsi heyətin güllələrdən mühafizəsini təmin edir. Bir sürücü və bir komandirin yer aldığı maşının üzərində 360 dərəcə bucaq altında fırlanan silah qülləsi yer alır. Maşının yük bölməsi xüsusi sabitləşdirici mexanizmlərlə və sürətli dəyişdirilə biləcək şəkildə dizayn edilib.