17/05/2018 16:15

KADEX-2018 Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin himayəsi altında keçiriləcək ilk sərgidir

“KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisi yerli müdafiə sənayesi, kosmik və kiber təhlükəsizlik sahəsindəki müəssisələrin beynəlxalq arenada inkişafı üçün ciddi bir təkan olacaq”.

“AzeriDefence”nin məlumatına görə, bunu Qazaxıstanın Müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov deyib.

B.Atamkulov bildirib ki, 23-26 may tarixlərində paytaxt Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisi Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin himayəsi altında keçiriləcək ilk sərgidir.

“Sərginin təşkil olunmasında məqsəd Silahlı Qüvvələrin müdafiə sənayesi məhsullarının və eləcə də modernizə məsələlərindəki təcrübələrin istehlakçılara nümayiş etdirməkdən ibarətdir. Sərgidə dünyanın aparıcı silah və hərbi texnika istehsalçılarından olunan məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində beynəlxalq elmi-praktik konfransı, “Qazaxıstanda kosmos günləri” beynalxalq forumu, dəyirmi masalar keçiriləcək”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, KADEX-2018 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edəcək. “AzeriDefence” jurnalı artıq bununla 3-cü dəfədir ki, Qazaxıstanda keçirilən KADEX sərgisinin media tərəfdaşıdır.