23/05/2018 22:16

KADEX-2018: Qazaxıstan Özbəkistana zirehli maşın ixrac edəcək

4x4 Alan Foto: informburo.kz

Kazakhstan Paramount Engineering (KPE) şirkəti Özbəkistana zirehli maşınların ixracına hazırlaşır.

Bu barədə “AzeriDefence”yə şirkətin idarə heyətinin sədri Erbol Salimov bildirib.

Şirkətin istehsal etdiyi 4×4 təkər formullu “Alan” zirehli avtomobili Özbəkistanda sınaqlarda iştirak edib. Maşının sınaqlardan uğurla keçdiyini deyən E. Salimov hazırda ixracla bağlı müvafiq işlərin aparıldığını qeyd edib.

E.Salimov KPE-nin istehsalı olan “Arlan” adlı digər minaya qarşı qorumalı nəqliyyat vasitəsinin test üçün Türkmənistana göndəriləcəyini də qeyd edib.

Qeyd edək ki, KPE İsrailin “Plasan” şirkəti ilə birlikdə “SandCat Stormer” zirehli maşınını “Alan”, CAR-ın “Paramount Group” şirkətinin “Marauder” zirehli nəqliyyat vasitəsini isə “Arlan” adı ilə Qazaxıstanda istehsal edir.