23/05/2018 22:59

KADEX-2018: Qazaxıstan Rusiyadan “Buk-M2E” zenit-raket kompleksi alır

Qazaxıstan Rusiyadan “Buk-M2E” zenit-raket kompleksi alacaq.

“AzeriDefence”nin məlumatına görə, KADEX-2018 sərgisinin birinci günü bununla bağlı Qazaxıstanın “Kazarnauleksport” dövlət müəssisəsi və Rusiyanın “Almaz-Antey” Hava Hücumundan Müdafiə Konserni arasında müqavilə imzalanıb.

Sərgidə həmçinin “Kazarnauleksport” dövlət müəssisəsi ilə Belarusun “Beltexeksport” Qapalı Səhmdar Cəmiyyəti arasında T-72 tankının şassisi üzərində yanğınsöndürmə maşınlarının hazırlanmasına dair müqaviləyə imza atılıb.