23/05/2018 22:05

KADEX-2018: Qazaxıstan Türkiyə ilə birgə PUA və təyyarə istehsalını nəzərdən keçirir

Qazaxıstan və Türkiyə pilotsuz uçuş aparatlarının və təlim təyyarəsinin birgə istehsalı imkanlarını nəzərdən keçirir.

Bu barədə “AzeriDefence”nin Astanada KADEX-2018 sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, may ayının 24-də bununla bağlı Türkiyənin TUSAŞ (TAİ) və Qazaxıstanın Kazakhstan Aerospace İndustry (KAİ) şirkətləri arasında memorandumun imzalanması nəzərdə tutulur.

TUSAŞ nümayəndələrinin sözlərinə görə, Qazaxıstanla “Anka” pilotsuz uçuş aparatlarının və “Hürkuş” təlim təyyarəsinin birgə istehsalına dair müzakirələr gedir.

“Qazaxıstan tərəfi bu platformalarla yaxından maraqlanır və bənzər sistemlərə ehtiyac mövcuddur”, – deyə şirkətdən bildirilib.