24/05/2018 22:41

KADEX-2018: Qazaxıstan Türkiyə ilə müdafiə sənayesi sahəsində daha iki memorandum imzalayıb

Astanada keçirilən KADEX-2018 beynəlxalq müdafiə sərgisinin ikinci günü (24 may) Qazaxıstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığa dair iki memorandum imzalanıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Türkiyənin STM şirkəti və Qazaxıstanın Müdafiə və Aerokosmik Sənaye Nazirliyi arasında imzalanmış memorandum çərçivəsində tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlıq edəcəklər. STM gələcəkdə Qazaxıstanda kiber təhlükəsizlik mərkəzinin qurulmasında iştirak edəcək.

Digər anlaşma memorandumu isə TUSAŞ (TAI) şirkəti ilə Qazaxıstanın “Kazakhstan Aviation Industry” (KAI) şirkəti arasında imzalanıb. Sözügedən memorandum çərçivəsində TAI və KAI “Anka” pilotsuz uçuş aparatı və “Hürkuş” təlim təyyarəsinin birgə istehsalında birgə iştirak edəcəklər.