17/05/2018 14:44

KADEX-2018: Qazaxıstan və Türkiyə HHQ-nin pilotaj qruplarının nümunəvi uçuşları olacaq

May ayının 23-dən 26-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2018 beynəlxalq müdafiə sərgisində hərbi aviasiyanın dinamik nümayişi nəzərdə tutulur.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.

Sərgi günlərində Qazaxıstan Hərbi Hava Qüvvələrinin pilotlarının Su-30SM təyyarələrində və Mi-35 helikopterlərində nünunəvi çıxışları planlaşdırılır. Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” pilotaj qrupu F-16 təyyarəsində akrobatik uçuşlar nümayiş etdirəcəklər.