23/05/2018 16:20

KADEX-2018: Qazaxıstan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığa dair iki sənəd imzalayıb

KADEX-2018 beynəlxalq müdafiə sərgisi çərçivəsində bu gün Qazaxıstan və Türkiyə arasında iki sənəd imzalanıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, anlaşma memorandumlarının imzalanması mərasimi mayın 23-də Türkiyə Müdafiə Sənayesi Katibliyinin stendində – müdafiə sənayesi katibi İsmayıl Dəmir və Qazaxıstanın müdafiə və aerokosmik sənaye naziri Beybit Atamkulovun iştirakı ilə baş tutub.

STM şirkəti ilə Qazaxıstanın Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi arasında imzalanmış ilk memorandum kiber təhlükəsizlik, kamikadze PUA və müdafiə elektronikası sahəsində əməkdaşlığı əhatə edib.
ROKETSAN şirkəti ilə Qazaxıstan Respublikası Müdafiə və Aerokosmik Sənaye Nazirliyi arasında imzalanmış ikinci memorandumda isə raket və mərmilərin yaradılması və istehsalı sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub.