27/05/2018 12:42

KADEX-2018: Qazaxıstan yeni helikopterlər istehsal edəcək

H-125. Foto: Q.Bedenko

Qazaxıstanın “Eurocopter Kazakhstan Engineering” (EKE) şirkəti yeni tip helikopterlərin istehsalına başlayacaq.

“AzeriDefence”nin KADEX-2018 sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgi çərçivəsində EKE şirkəti Şərqi Qazaxıstan akimatlığı və “Kazaviaspas” ilə H-125 və H-130 markalı helikopterlərin çatdırılmasına dari müqavilələr imzalanıb. Müqavilə üzrə Şərqi Qazaxıstan akimatına 2 ədəd H-125, “Kazaviaspas”a isə 20 ədəd H-125 və H-130 markalı helikopter çatdırılacaq.

Qeyd edək ki, hazırda EKE şirkəti EC-145 markalı helikopterlərin istehsalını və təmirini həyata keçirir.