12/04/2018 14:59

KADEX – 2018 sərgisində 50-dən çox şirkət iştirakını təsdiqləyib

KADEX – 2018 Qazaxıstan Respublikasının Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi himayəsi altında keçiriləcək ilk sərgidir.

“AzeriDefence” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan müdafiə və aerokosmik sənayesi nazirinin birinci müavini Aset Kurmanqaliyev deyib. Xatırladaq ki, Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi 2016-ci ildə yaradılıb. Nazirliyinin rəhbəri Beybut Bakir oğlu Atamkulovdur.

Nazir müavini bildirib ki, 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisinin təşkil olunmasında məqsəd Silahlı Qüvvələrin müdafiə sənayesi məhsullarının və eləcə də modernizə məsələlərindəki təcrübələrin istehlakçılara nümayiş etdirməkdən ibarətdir.

A.Kurmanqaliyev qeyd edib ki, Rusiya, Fransa, Çin, Almaniya, Türkiyə, İsrail, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Ermənistan, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan və dünyanın digər ölkələrindən olan 50-dən çox şirkət artıq KADEX – 2018 sərgisində iştirakını təsdiqləyib: “Sərgidə dünyanın aparıcı silah və hərbi texnika istehsalçılarından olunan məhsullar təqdim olunacaq. Sərgi zamanı həmçinin KTMT dövlətlərarası komissiyası nümayəndərləri ilə də görüşlər keçiriləcək. Ümid edirəm ki, KADEX-2018 sərgisi yerli müdafiə sənayesi, kosmik və kiber təhlükəsizlik sahəsindəki müəssisələrin beynəlxalq arenada onların inkişaf üçün ciddi bir təkan olacaq”.

Nazir müavini bildirib ki, Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi müdafiə sənayesininin inkişafının əsas təməli olan elmi araşdırımalara, ixtiralara, kəşflər xüsusi diqqət edir.

“Keçən il Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi nəznində “Elmi-texniki” birlik yarandı. Bu birliyin əsas məqsədi müdafiə, müdafiə sənayesi, kosmik və kiber təhlükəsizlik sahələrinə aid olan ən perspektlivli gələcəyi olan, vacib layihələrin nəzərdə keçirərək, həmin layihələrin icrasına başlamaqdır. Artıq dəyəri 3.3 milyon təngə olan 19 perspektivli, gələcək vəd edən layihə əldə edilib. Bundan əlavə bizim müəssisələrin xarici bazarlarda liderlik səviyyəsini qorumaq üçün ölkəmizdəki texnika və texnologiyalarda modernləşdirmə işləri aparılacaqdır. Yaxın gələcəkdə Qazaxıstanın 7 müdafiə sənaye müəssisəsində texnologiyaların modernləşdirləşdirilməsi istiqamətindəki işlərə start veriləcəkdir. Bu da müdafiə sənayesinə daxil olan ¼ müəssisəni əhatə edir”, – deyə A.Kurmanqaliyev əlavə edib.

Hər müəssisədə həyata keçiriləcək modernizə işləri üçün yol xərtirəsi hazırlanacağını qeyd edən nazir müavini, bu işdə əsas məqsədin müəssisələrin ixracat səviyyəsində məhsul istehsal etməsi potensialına çatması ilə bağlı olduğunu vurğulayıb. A.Kurmanqaliyevinin sözlərinə görə, statistik məlumatlara əsasən 2016-ci ilə nisbətdə müdafiə sənayesinin istehsal həcmi 14 faiz artıb: “Məhsulların miqdarı 2 dəfə artıb. Ölkəmizin ixrac istiqamətli öndə gedən “Qərbi Qazaxıstan maşınqayırma”, “Kirov adına maşınqayırma”, “Tınıs”, KAİ, “Eurocopter Qazaxıstan İnjuring” sənayə müəssəsisələridir. Keçən il isə “Petropavlovsk ağır maşınqayırma zavodu”nun və “Kirov” adına zavodun yenidən qurulması nəzərdə tutulub”.

Qeyd edək ki, KADEX-2018 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edəcək. “AzeriDefence” jurnalı artıq bununla 3-cü dəfədir ki, Qazaxıstanda keçirilən KADEX sərgisinin media tərəfdaşıdır.