21/05/2018 18:45

KADEX-2018 sərgisində Türkiyə ən böyük milli pavlyonla təmsil olunacaq

Mayın 23-26 tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində Türkiyə ən böyük milli pavlyonla təmsil olunacaq.

Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) “AzeriDefence”yə verilən məlumata görə, bu günədək Türkiyə müdafiə sənayesində təmsil olunan 22 qurum KADEX-2018 sərgisində iştirakını təsdiqləyib.

“Qazaxıstanla ikitərəfli əməkdaşlıq çərçivəsində bu günə qədər hərbi rabitə, müşahidə-nəzarət sistemləri, silah, sursat və atış control sistemləri, habelə zirehli maşınların çatdırılması layihələri reallaşdırılıb. Mövcud əməkdaşlığın hava platformaları və hərbi təlim kimi sahələrdə davam etdirilməsi nəzərdə tutulur. Kazakhstan Enginnering. ASELSAN və SSM iştirakı ilə 2011-ci ildə qurulmuş KAE (Kazakhstan ASELSAN Engineering) şirkəti hərbi optic müaşahidə və silah sistemləri sahəsində fəaliyyətini davam etdirir”, – deyə SSM-nin məlumatında qeyd olunub.

Türkiyə şirkətləri ilə yanaşı Müdafiə Sənayesi Katibliyi (SSM) və Müdafiə Sənayesi İxracatçıları Birliyi (SSİ) də sərgidə təmsil olunacaq.

KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində təmsil olunacaq Türkiyə şirkətləri aşağıdakılardır:

ASELSAN, AVS, BMC, DEARSAN, DESAN, „Garanti Giyim”, GİRSAN, HAVELSAN, HOYTEK, İŞBİR, “Milsoft”, “Otokar”, „Öztek”, “Simsoft”, STM, TAIS, TURMAKS, „Teknoloji Mühendislik”, TUSAŞ, TÜBİTAK BİLGEM, UNIFO, SSM/SSİ