18/05/2017 15:52

KADEX-2018 sərgisinin keçiriləcəyi tarix müəyyənləşib

Qazaxstanın paytaxtı Astanada KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisi keçiriləcək.

Bu barədə “AzeriDefence”yə KADEX-2018 sərgisinin Təşkilat Komitəsindən məlumat verilib.

Sərgi 2018-ci ilin may ayının 23-dən 26-na kimi davam edəcək.

Qeyd edək ki, KADEX-2018 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edəcək. “AzeriDefence” jurnalı artıq bununla 3-cü dəfədir ki, Qazaxıstanda keçirilən KADEX sərgisinin media tərəfdaşıdır.