22/05/2018 16:23

KADEX-2018: STM yüksək texnoloji qabiliyyətlərini Qazaxıstanda sərgiləyir

Türkiyənin STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş) KADEX-2018 sərgisində özünün müasir texnologiyalarını və imkanlarını nümayiş etdirir.

“AzeriDefence”nin məlumatına görə, şirkət sərgidə “Alpagu” və “Kargu” “gəzən sursat”ının “Blok 2” modifikasiyasını, Divar Arxası Radarını, MİLGEM və Təchizat Gəmisinin maketini nümayiş etdirir.

Türkiyənin müdafiə sənayesinə kritik texnologiyalar qazandırdıqlarını vurğulayan STM şirkətinin baş direktoru Davud Yılmaz təcrübələrini Pakistanla hərbi əməkdaşlıq əlaqələrində olduğu kimi, dövlətlərarası yaxın münasibətlərin mövcud olduğu Qazaxstan başqa olmaqla Orta Asiya ölkələri ilə bölüşməyi hədəflədiklərini qeyd edib.

Divar Arxası Radar

“Qazaxıstan Müdafiə və Aviasiya Sənaye Nazirliyi (MDAI) ilə mühüm görüşlər keçirir və hərbi dənizçilik daxil olmaqla mühüm sahələrdə Qazaxıstan rəsmiləri ilə danışıqları davam etdiririk. STM olaraq Qazaxıstan, Özbəkistan və Azərbaycan kimi mühüm Mərkəzi Asiya və Xəzəryanı ölkələrinin yerli müdafiə sənayelərinə töhfə verəcək mühəndislik və dizayn xidmətləri, eləcə də kritik texnologiyalarımızı transfer edərək lokal hədəflərə dəstək verməyi düşünürük. İstehsal etdiyimiz, texnologiyası bizə aid kamikadze PUA-lar və Divar Arxası Radar (DAR) bu texnologiylar arasında yer alır. Bu çərçivədə regionun qabaqcıl müdafiə sənayesi şirkətlərini bir araya gətirən KADEX sərgisində dənizçilik bacarıqlarımızla birlikdə kamikadze PUA-mız “Karğu”nu, Divar Arxası Radar və kiber təhlükəsizlik kimi özünəməxsus məhsullarımızı nümayiş etdiririk”, – deyə Davud Yılmaz vurğulayıb.

Kiber Tədqiqat Mərkəzi və CTF Qazaxıstanın gündəmində

Kiber təhlükəsizlik sahəsində də Qazaxıstan rəsmiləri ilə STM arasında danışıqlar davam edir. Dünyada az sayda ölkədə mövcud olan və Türkiyədə də ilk dəfə STM tərəfindən yaradılmış, kiber hücumlarda proaktiv mövqe sərgiləyən Kiber Tədqiqatlar Mərkəzi ilə bağlı məlumat və tərcübənin Qazaxıstanla paylaşımı istiqamətində də addımlar atılır.

STM kiber təhlükəsizlik sahəsində sektorlara xüsusi olaraq hazırlanmış tam təhlükəsizlik həlləri ilə informasiya texnologiyalarından (İT), operativ texnologiyalara (OT), kritik layihələrin (enerji, səhiyyə, nəqliyyat və.b) kiber təhlükəsizliyinin təmin edilməsi və artırılması istiqamətində Qazaxıstanla əməkdaşlıq etməyə hazırlaşır.

STM Kiber Tədqiqatlar Mərkəzinin bənzərinin Qazaxıstanda qurulması, kiber təhlükəsizlik və böyük məlumatlılığın artırılmasına dair danışıqlar həyata keçirilir. STM beynəlxaq sahədə təcrübəli kadrları ilə kiber təhlükəsizlik və böyük məlumat göstəriciləri sahəsində Qazaxıstanda insan resurslarının keyfiyyətini artırmağı hədəfləyir. Bu istiqamətdə STM-in Türkiyədə həyata keçirdiyi kiber təhlükəsizlik tədbiri CTF-in (Capture The Flag) Qazaxıstanda da keçirilməsi planlaşdırılır.