27/05/2018 22:24

KADEX-2018: TUSAŞ ilk “Hürkuş”u iyunda Hava Qüvvələrinə təhvil verəcək

TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim təyyarəsinin birincisi iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə veriləcək.

Bu barədə “AzeriDefence”yə KADEX-2018 sərgisində təmsil olunan TUSAŞ şirkətindən məlumat verilib.

Hazırda təyyarənin təhvili ilə bağlı proseslər yekunlaşmaq üzərədir. Şirkət nümayəndələrinin sözlərinə görə, bundan sonra planlanmış qaydada “Hürkuş”un çatdırılmaları davam edəcək.

Paralel olaraq, “Hürkuş-C” silahlı modelin yaradılması ilə bağlı fəaliyyətlərin davam etdiyini deyən şirkət nümayəndələrinin sözlərinə görə, silahlı model dizayn olaraq təlim modeli ilə eynidir. Lakin silah yükü nəzərə alınaraq, təyyarənin qanadlarının davamlılığı yüksəldilib. Təyyarə idarə olunan və olunmayan silahlarla təchiz ediləcək.

TUSAŞ yetkililərinin fikrincə, hazırda dünyada bu tip yüngül hücum təyyarələrinə böyük ehtiyac mövcuddur.