22/05/2018 20:09

KADEX-2018: “Vertolyotı Rossii” ən yeni helikopterlərini nümayiş etdirir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertolyotı Rossii” şirkəti 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində hərbi təyinatlı ən yeni helikopter nümunələrini nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Vertolyotı Rossii” şirkətindən məlumat verilib.

Sərgidə şirkətin ekspozisiyasında Mi-28NE və Mi-35M zərbə helikopterləri, həmçinin Mi-38T nəqliyyat-desant helikopterləri təqdim edilir. Sərgi çərçivəsində şirkətin rəhbərliyi ənənəvi və potensial müştərilərlə bir sıra danışıqlar həyata keçirəcək, satışdan sonrakı xidmət məsələlərini müzakirə edəcək.

“MDB ölkələrinin bazarı bizim üçün ən perspektivlisi sayılır. Nə qədər ki, bölgədə rusiya helikopterlərinə tələbat var, KTMT xətti ilə həm mülki, həm də hərbi seqmentdə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”, – deyə şirkətin hərbi helikopter satışı üzrə baş direktor müavini Vladislav Savelyev bildirib.

Müasir zərbə helikopteri olan Mi-28N “Gecə ovçusu” – aktiv atəş şərtlərində tankların və digər zirehli texnikanın, həmçinin azsürətli hava hədəfləri və canlı qüvvənin axtarılması və məhvi üçün nəzərdə tutulub. Helikopter gecə və gündüz həmçinin, mürəkkəb meteoroloji şəraitlərlərdə hərəkət etmə bacarıqlıdır.

Mi-35M-in çoxməqsədli zərbə vertolyotu yüksək uçuş xarakteristikalarıyla fərqlənir. Mi-35M gücləndirilmiş uçuş imkanları ilə yüksək temperaturda və dağlıq ərazidə ximət göstərmək qabliyyətinə sahibdir.

Mi-38T nəqliyyat-desant helikopteri M.L.Milya adına Moskva helikopter zavodunda hazırlanmış Mi-38 helikopterinin yeni versiyasıdır. Yeni helikopterə bütün aqreqat və komplektləşdirciləri, həmçinin uçuşun uzaqlığının artımı üçün hərbi ehtiyaclar və əlavə yanacaq cənləri üçün əlaqə vasitələrinin quraşdırılması nəzərdə tutulub.