26/02/2019 12:36

KADEX-2020 sərgisinin keçiriləcəyi tarix müəyyənləşib

Qazaxıstanda keçiriləcək KADEX-2020 VI Beynəlxalq hərbi-əmlak sərgisinin keçiriləcəyi vaxtı dəqiqləşib.

Bu barədə “AzeriDefence”yə sərginin Təşkilat Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, KADEX-2020 VI Beynəlxalq hərbi-əmlak sərgisi 2020-ci il 27-31 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Qeyd edək ki, Qazaxıstanda keçirilən KADEX sərgisində Azərbaycandan media tərəfdaş qismində “Azeri Defence” jurnalı təmsil olunur.