05/10/2017 17:42

Kalaşnikov Konserni yeni avtomatların seriyaları istehsalına hazırlaşır

Kalaşnikov Konserni yeni avtomatların seriyaları istehsalına hazırlaşır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Konsernin rəsmi nümayəndəsi Sofiya İvanova bildirib.

Onun sözlərinə görə, növbəti ildə AK-12 və AK-15 avtomatların seriyalı istehsalına başlana bilər: “Hazırlanacaq yeni seriyalar sınaqdan keçiriləcək. Konsern artıq növbəti ildən seriyalı istehsala hazırdır”.

AK-12 və AK-15-in sınaqlarının nə vaxt tamamlanacağı barədə suala cavab verərkən S.İvanova qeyd edib ki,  bu məsələ Müdafiə Nazirliyindən asılıdır.

Qeyd edək ki, Rusiya Federasiyası baş nazirin müavini Dmitri Roqozin bir müddət əvvəl bildirmişdi ki, yeni avtomatların silahlandırılmaya qəbulu haqqında qərar bu il gözlənilir.