29/01/2012 13:32

KAMAZ yeni texnikaların Azərbaycan xilasedicilərinə təqdim edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti KAMAZ avtomobillərinin istehsalını həyata keçirən zavodda olublar.

“AzeriDefence” saytının məlumatına görə, azərbaycanlı mütəxəssislərə zavodun fəaliyyəti, istehsal edilmiş texnikalar barədə məlumat verilib. Yeni xüsusi təyinatlı texnikaların təqdmiatı keçirilib.

Səfər çərçivəsində Azərbaycan tərəfinin bu şirkətlə əməkdaşlığının perspektivləri müzakirə olunub.