19/02/2019 13:12

“Kaplan-STA” hədəfi OMTAS raketi ilə vurdu – VİDEO

Türkiyənin FNSS şirkətinin “Kaplan-STA” və “Pars-STA” tanklarla mübarizə maşınlarının kalifikasiya sınaqları davam edir.

“AzeriDefence”nin FNSS şirkətinə istinadən verdiyi məlumata görə, sınaqlar çərçivəsində “Kaplan-STA” maşının üzərinə inteqrasiya olunmuş OMTAS tank əleyhinə idarəolunan raket kompleksindən ilk atış həyata keçirilib. Konyada Karapınar paliqonunda keçirilən atış sınağı uğurla nəticələnib.

“Kaplan-STA” 27 iyun 2016-ci il tarixində Türkiyə Müdafiə Sənayesi Komitəsi (SSB) və FNSS şirkəti arasında imzalanan və Silah Daşıyan Maşınlar (STA) layihəsi çərçivəsində yaradılıb. Müqavilə çərçivəsində 2021-ci ilədək tırtıllı (Kaplan-STA) və təkərli (Pars-STA) konfiqurasiyada 260 ədəd zirehli tanklarla mübarizə maşını tədarük ediləcək.

“Kaplan-STA” dünya ordularındakı oxşar döyüş maşınları arasında ən müasiri olmaqla yanaşı, mina və zireh qorunmasına da sahibdir. Çəkisi az olduğundan, müxtəlif tapşırıqlarda istifadə olunacaq platforma kimi də nəzərdə tutulub. Tanklarla mübarizə maşını müasir tank əleyhinə raketlərlə yanaşı, 7.62 mm-lik pulemyotla da silahlandırılacaq. “Kaplan-STA” amfibiya xüsusiyyətinə də sahibdir.