20/10/2017 19:21

“Katmerciler” təhlükəsizlik qüvvələri üçün 120 ədəd “Xızır” maşınları istehsal edəcək

Türkiyənin Əmniyyət Baş İdarəsi ilə “Katmerciler” şirkəti arasında 11,4 milyon avro dəyərində müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Katmerciler” şirkəti məlumat yayıb.

KIRAÇ layihəsi çərçivəsində “Katmerciler” Əmniyyət Baş İdarəsini 120 ədəd 4×4 təkər formuluna malik nəqliyyat vasitələrilə təmin edəcək.

Müqaviləyə əsasən maşınların 110 ədədi yeni nəsil kriminal araşdırma maşını və 10 ədədi zirehli yeni nəsil kriminal laboratoriya maşını olacaq.

Sifarişə əsasən maşınlar hər cür ərazi və iqlim şərtlərində hərkət və araşdırma imkanı təmin edəcək xüsusi dizayna malik olacaq.

“Katmerciler” şirkəti “Xızır” zireli maşının bazasında hazırlayacağı yeni maşınları 2018-ci ildə hüquq-mühafizə orqanına verilməsini planlaşdırır.

Məlumatda o da qeyd olunub ki, KIRAÇ layihəsi nəticəsində istehsal ediləcək maşın və sistemlər cinayət hadisələrinin sürətli və səmərəli şəkildə aşkarlanması üçün nəzərdə tutulub.