31/08/2018 14:23

“Katmerciler” uzaqdan idarə olunan qaz atanını test etdi

Türkiyənin “Katmerciler” şirkətinin hazırladığı uzaqdan idarə olunan çox lüləli qaz atan sistemin ilk atış sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Katmerciler” şirkətinin rəsmi “twitter” səhifəsində bildirilib.

Türkiyə Əmniyyət Baş İdarəsinin ehtiycına uyğun olaraq hazırlanan qaz atan sistemdən ictimai hadisələrə müdaxilə zamanı istifadə olunması nəzərdə tutulub.

Çox lüləli qaz atan sistem “Katmerciler” şirkətinin 4×4 təkər formuluna malik “Xan” (Khan) zirehli maşınına inteqrasiya olunub. İlk dəfə IDEF 2017 sərgisində nümayiş etdirilən sistemin 52 lüləsi var. Qaz kapsullarına bağlı olaraq sistemin atış uzaqlığı 200-300 metr təşkil edir. Sistem 360 dərəcə fırlana, -10 və +70 dərəcə bucaq altında atəş aça bilir.