21/12/2017 12:41

“Katmerciler” yanğınsöndürmə robotu hazırlayıb – FOTO

Türkiyənin “Katmerciler” şirkəti məsafədən idarə olunan yanğın söndürmə (UKYS) robotunu təqdim edib.

“AzeriDefence”nin “Katmerciler” şirkətinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürmə robotu ilk dəfə 20-21 dekabr tarixlərində Ankarada keçirilən Özəl Sektor Ar-Ge və Dizayn Mərkəzləri Zirvəsində nümayiş etdirib.

“Katmerciler”in Tədqiqat və Konstruktor (Ar-Ge) Mərkəsində hazırlanan UKYS stendi ziyarət edənlərə tanıtdırılıb.

Bildirilib ki, UKYS robotu su və ya köpük çəninə bağlı olaraq işləyən və üzərində pompa olan, istənilən məsafəyə qədər uzadıla bilən bir şlanqla təchiz olunub. UKYS sayəsində yanğınsöndürənlərin yaxınlaşa bilmədiyi yanğınlara uzaqdan müdaxilə imkanı yaranır. Beləliklə yüksək risk daşıyan sursat və ya yanacaqdoldurma məntəqələrində baş verən yanğın hadisələrində insan həyatının riskə atılmasına ehtiyac qalmır.

Elektrikli vasitə olan UKYS, enerji mənbəyi olaraq batareya və ya generator istifadə edir. Robot prototipinin sürəti saatda 5 kilometr, boş çəkisi 700 kiloqram təşkil edir. Uzunluğu 1.400 mm, hündürlüyü 650 mm, eni isə 1.100 mm-dir. Yanğın söndürmə robotu dəqiqədə 2.000 litrə qədər 7 bar təzyiqli maye püskürür. Robotun uzaqdan idarəedici pultu sensor ekrana malikdir.