16/05/2018 17:15

“Kazakhstan Engineering” MT-LB transportyorunun yeni versiyasını hazırlayıb

Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin tərkibinə daxil olan “811 Avtomobil təmiri zavodu” Səhmdar Cəmiyyəti MT-LB piyadaların döyüş maşınının yeni tibbi evakuasiya konfiqurasiyasını hazırlayıb.

“Kazakhstan Engineering” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, MT-LB tırtıllı nəqliyyat vasitəsinin bazasında hazırlanan MT-LB zirehli tibbi transportyor 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində nümayiş olunacaq.

Müasirləşdirilmiş transportyor sərginin açıq ekspozisiyasında yer alacaq. MT-LB-nin yeni tibbi evakuasiya konfiqurasiyası təhlükəli ərazilərdə ilkin tibbi yardım və təxliyə məqsədi ilə yaradılıb.

Zirehli maşın gecə görmə cihazı, habelə termal kamera və yaralıların axtarışı üçün projektor, tibbi avadanlıqlarla təchiz edilib.