25/04/2012 07:23

Kazakhstan Engineering zirehli gödəkcələrin praktik nümayişini keçirir

Kazakhstan Engineering şirkəti Silahlı Qüvvələrin hərbi qulluqçuları tərəfindən tətbiqi nəzərdə tutulan zirehli gödəkcələri nümayişə çıxarır. Bu barədə “AzeriDefence” Kazakhstan Engineering şirkətinin saytına istinadən məlumat verib.

Qazaxıstan Müdafiə Nazirliyinin tapşırığı ilə aprelin 25-dən 28-dək davam edəcək nümayişlərdə müxtəlif tipli zirehli gödəkcələrin testləri planlaşdırılır.

Şirkət bütün bədən zirehi istehsalçılarını öz məhsullarını praktik nümayiş etdirməyə dəvət edir.