29/01/2012 11:43

Kazanda Azərbaycan üçün istehsal edilən Mi-17V-1 – FOTO

Azərbaycanın helikopteri zavoddaAzərbaycanın sifarişi əsasında Rusiyanın Kazan Helikopter Zavodunda (KVZ) Mi-17V-1 tipli helikopterlər istehsal olunur. Bu barədə “AzeriDefence” saytına eksklüziv olaraq KVZ-dən məlumat verilib.

Sifarişmi qurum Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) və Müdafiə Nazirliyidir. Arıq helikopterlərin ilk partiyası sifarişçiyə – DSX-ya çatdırılıb. Hazırda sifariş üzrə digər helikopterlərin istehsalı davam etdirilir.

Azərbaycan KVZ-nin ən iri müştəriləri arasında yer alır. Ümumilikdə son 2 ildə Azərbaycan bu müəssisəyə 30-a yaxın helikopter sifariş verib. Hazırda zavodun yeni məhsulu olan “Ansat” helikoperlərinin alqı-satqısı üzrə tərəflər arasında danışıqlar aparılır.

Dünyada M-8 ailəsindən helikopterlərin, əsasən də Mi-17 tipli helikopterlərin tanınmış istehsalçısı olan KVZ 1940-cı illərdən aviasiya texnikasını istehsal edir. Zavodun istehsal etdiyi Mi-17 helikopterləri bu günədək 50 milyondan artıq uçuş saatı keçib. KVZ eyni zamanda Mi-8 və Mi-17 tipli bütün helikopterlərin təmiri üçün sertifikatlaşdırılmış zavoddur. Hazırda zavodun istehsalı olan 10000-dən çox Mi-4, Mi-8, Mi-14, Mi-17 və onların modifikasiyaları dünyanın 80-dən çox ölkəsində istifadə olunur.