12/07/2018 13:02

“KB Radar” şirkəti “Rodnik” RLS-nın yaradılmasını yekunlaşdırır

Belarusun “KB Radar” şirkəti aşağı hündürlükdə uçan hədəfləri aşkarlamaq üçün nəzərdə tutulan “Rodnik” adlı radiolokasiya stansiyasının yaradılmasını başa çatdırır.

Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib.

X diapazonda çalışacaq RLS kiçik ölçülərə sahib olacaq. Radarda AFAR texnologiyası və bir sıra yeniliklər tətbiq olunub.

Təkərli şassi üzərində qurulacaq RLS aşağı hündürlükdə uçan, eləcə də yerüstü obyektlərin aşkarlanması, korrdinatarının təyini, azimut və uzaqlığın, sürətin hesablanması kimi funksiyaları yerinə yetirəcəkdir.

“Öz taktik-texniki xarakteristikalarına görə, “Rodnik” dünyada ən yaxşılarından hesab oluna bilər. Təsir uzaqlığında öz sinifində bütün məlum stansiyaları üstələyir”, – deyə şirkətdən bildirilib.

Radar eyni zamanda 50-ən çox uçan hədəfi aşkarlamaq qabiliyyətinə sahibdir.

“Rodnik” RLS-in 300 metrdən 20000 metrədək uzaqlıqda, 0-80 dərəcə bucaq altında, sürəti 5 m/saniyədən 100 m/saniyəyədək olan multikopterləri də aşkarlamaq bacarığına malik olduğu bildirilir. Böyük hədəfləri isə 50000 metrədək uzaqlıqda və 12000 metrədək hündürlükdə aşkarlayır.