24/03/2019 22:23

“KB Radar” yeni antidron silahını nümayiş etdirəcək

Belarusun “KB Radar” şirkəti “Qroza-R2” indeksli yeni yüngül çəkili antidron silahını may ayında Minskdə keçiriləcək MİLEX-2019 sərgisində nümayiş etdirəcək.
Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Yeni anntidron silah özünün sələfi olan “Qroza-R”dən daha güclüdür. Silahın çəkisi 7 kq, təsir radiusu 500 m təşkil edir.

“Qroza-R2” 2,4 və 5,8 QHs tezliklərdə kanalları boğmaqla yanaşı, GPS və GLONASS peyk naviqasiya sistemlərinə maneə qoymağa imkan verir.

“Silahı hədəfə dəqiq tuşlamağa ehtiyac yoxdur. Şüanın eni təxminən 30 dərəcə təşkil edir”, – deyə Komitənin məlumatında qeyd olunub.